Metronun "28 May" stansiyasının qarşısında qadın xuliqanlıq zəminində döyülüb


20:55     17 Oktyabr 2019 19_10_17_1571328897.jpg

Bakının Nəsimi rayonunda döyülmə olub.

Femida.az xəbər verir ki, hadisə metronun "28 May" stansiyasının qarşısında, "Yeraltı" ticarət mərkəzində baş verib.

Belə ki, İsmayıllı rayon sakini, 1981-ci il təvəllüdlü Balayeva Reyhanə Ağasəmid qızı naməlum şəxs tərəfindən xuliqanlıq zəminində döyülüb. Qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 492