Bakıda dəhşət: İki qadını öldürüb, meyiti yandırdı-Hadisə yerindən VİDEO


21:18     17 Oktyabr 2019 19_10_17_1571329789.jpg

Bakıda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.


APA TV-nin məlumatına görə, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yaşayan Təranə İsmayılova və anası Luiza İsmayılova yaşadıqları evdə öldürülüblər. Onları qətlə yetirən şəxs Təranə İsmayılova ilə 7-8 ay əvvəl ailə quran doğma dayısı oğlu Vaqif Hüseynovdur. Evləndikləri müddət ərzində Vaqifin spirtli içkilərə meylli olduğu ortaya çıxıb və o, demək olar ki, evə hər gün sərxoş gəlib. Anası və bacısı öldürülən Rahib İsmayılov dayısı oğlu olan yeznəsinə ailəsi ilə yaşaması üçün həyətində hətta 2 otaqlı ev də verib. Sonra onun keçirdiyi həyat tərzinə görə, Vaqifi qovub. Yeri gəlmişkən, çəkiliş apardığımız vaxt Rahib İsmayılov affekt vəziyyətdə idi. Onu sakitləşdirmək üçün təcili yardım da çağırıldı.

Vaqif Hüseynov barışmaq üçün həyat yoldaşına bir neçə dəfə hədə-qorxu gəlib. Vaqif arvadını və qayınanasını öldürdükdən sonra onların meyitlərini yandırıb. Qeyd edək ki, Vaqif Hüseynov cinayəti törətdikdən sonra qaçmağa cəhd göstərib, lakin “Azadlıq” prospektini keçərkən sərnişin avtobusu onu vurub. Onun hazırda 1 saylı şəhər xəstəxanasında olduğu deyilir. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 645