Sumqayıtda əri tərəfindən döyülən qadın xəsarət alıb


09:09     18 Oktyabr 2019 xestexana_018889.jpg

Sumqayıtda ailə münaqişəsi zəminində düşən mübahisə xəsarətlə nəticələnib.

APA-nın məlumatına görə, 1985-ci il təvəllüdlü İsmayılova Aygül İlqar qızı ilə həyat yoldaşı arasında düşən mübahisə dava ilə nəticələnib. Nəticədə 34 yaşlı qadın əri tərəfindən döyülərək burnu sındırılıb. O, xəstəxanaya yerləşdirilib və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 360