DİQQƏT! - Vəkillər pulsuz yardım üçün bu rayona gedir


09:26     18 Oktyabr 2019 19_10_18_1571376458.jpg


Vəkillər Kollegiyası hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinə davam edir.

Femida.az xəbər verir ki, 19 oktyabr 2019-cu ildə "Femida" və 26 saylı Vəkil Bürosu tərəfindən Sabirabad rayonu Gənclər Mərkəzində, saat 10:00-13:00-da Sabirabad və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #yardım  

Oxunub: 414