Bakıda 17 yaşlı oğlan və 15 yaşlı qız itkin düşüb


09:40     18 Oktyabr 2019 2019/10/a71fb0b1-d800-416c-99a3-f948c252addb_1571377107.jpg


Bakıda 17 yaşlı oğlan və 15 yaşlı qız itkin düşüb.

Oktyabrın 13-də Sabunçu rayon Zabrat-1 qəsəbəsi ərazisində 2002-ci il təvəllüdlü Təbriz Əliyev yaşadığı "Yeni məhəllə", ev 21 ünvanından, saat 19:20 radələrində özünə məxsus əşyaları götürərək çıxıb və bir daha geri qayıtmayıb.

Oktyabrın 17-də isə paytaxtın Yasamal rayonu, A.Şaiq küçəsi ərazisində baş verib.

Belə ki, 2004-ci il təvəllüdlü Nejan Məmmədova yaşadığı 181 saylı ünvandan, saat 19:45 radələrində çıxıb və bir daha geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #itkin  

Oxunub: 594