Azərbaycanda yük və sərnişin daşımaları artıb


10:02     18 Oktyabr 2019 2019/04/yuk_gonderme_1556012358.jpg

Bu ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 172,5 mln. ton yük daşınıb, bu isə 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,6% çoxdur.


Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 2,6%-i dəniz, 6,3%-i dəmir yolu, 0,1%-i hava, 65,7%-i avtomobil nəqliyyatı, 25,3%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,9% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 82,5% təşkil edib. Hesabat dövründə nəqliyyatçılar 1 487,4 mln. nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,3%-i avtomobil nəqliyyatı, 11,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 379