Yeni doğulan körpəni torbaya qoyub küçəyə atdılar - VİDEO


10:10     18 Oktyabr 2019 2019/10/photo_86671_1571379089.jpg

Yeni doğulan körpəni torbaya qoyaraq yataqxananın həyatinə atıblar.


Femida.az xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib. Ətrafdakı insanlar tərəfindən tapılan körpə dərhal təcili tibbi yardım briqadası təhvil verilib. Sosial şəbəkədə yayılan görüntülərdə bildirilir ki, soyuqdan titrəyən uşağın bədəninə torbanın sapları dolaşıb. Uşağın kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



Açar sözlər: #Körpə   #Uşaq  

Oxunub: 2821