Etirazçıları vuran snayper İrana bağlı şəxslər olub — “Reuters” sensasion məlumat yaydı (VİDEO 18+)


10:59     18 Oktyabr 2019 2019/10/iraq-snayper_1571381659.jpg

“Reuters” agentliyi İraqın adının açıqlanmasını istəməyən 2 təhlükəsizlik orqanı rəsmisinə istinadən bu ölkədə yaşanan son etirazlar zamanı baş verən hadisələrlə bağlı məlumat yayıb.


Femida.az xəbər verir ki, rəsmilər agentliyə bildiriblər ki, etirazçılara atəş açan İranın dəstəklədiyi şiə yaraqlı qruplaşmalarının snayperləri olub.

Xatırladaq ki, İraq əhalisi oktyabrın 1-dən etibarən bir neçə gün ərzində ağır iqtisadi vəziyyət, korrupsiya və dövlətin yarıtmaz siyasətlərinə etiraz olaraq əksər şəhərlərdə etiraz aksiyaları keçiriblər. Etirazlar zamanı azı 105 nəfərin güllə yarası nəticəsində öldüyü bildirilir.

“Reuters”ə açıqlama verən rəsmilər ölənlərdən bir neçəsinin təhlükəsizlik qüvvələri əməkdaşları olduğunu deyiblər.

Etirazçılar onlara atəş açanların polisin snayperləri olduğunu bildirirlər. Lakin təhlükəsizlik qüvvələri iddia edirlər ki, etirazlar zamanı kütlələrin arasından naməlum şəxslər onları atəşə tutublar.
Digər tərəfdən, bir neçə gün öncə İraqın nüfuzlu din xadimi Əli Sistaninin hökumətə xalqı qətlə yetirənlərin dərhal tapılması üçün vaxt verdiyi barədə məlumatlar yayılmışdı.

Bu arada sosial şəbəkədə snayper tərəfindən vurulan şəxsin videosu yayılıb. Femida.az 18+ videonu təqdim edir:




Miri Məcidli
Femida.az

Açar sözlər: #İraq   #iran   #video   #müharibə   #xəbərlər   #Miri_Məcidli  

Oxunub: 6698