Ermənistanda yeni siyasi qalmaqal yaşanır
11:35 18 Oktyabr 2019
Ermənistanın keçmiş baş prokuroru Qevorg Kostanyan Konstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyana qarşı irəli sürülən ittihamlarla bağlı bəyanat vermək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. Sabiq baş prokuror Tovmasyana qarşı ittihamları darmadağın edəcəyini deyib.
Xatırladaq ki, oktyabrın 14-də Konstitusiya məhkəməsi Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı parlamentin müraciətini rədd edib. Dünən isə Xüsusi İstintaq Xidməti müstəqil millət vəkili Arman Babacanyanın müraciəti əsasında bir qrup şəxsin hakimiyyəti qəsb etməyə cəhd göstərməsi ilə bağlı cinayət işi açıldığını bəyan edib.
Bundan əvvəl, deputat deyib ki, onun müraciəti Tovmasyana aiddir.
"Konstitusiya məhkəməsinin rəhbərinə qarşı bu münasibəti qəbuledilməz hesab edirəm. Çünki bu faktın özü məhkəmələrin müstəqilliyini, eləcə də qanunun aliliyinin əsaslarını pozur. Yaxın vaxtlarda ölkədə cinayət qanunvericiliyinin tənzimlənməsi ilə bağlı peşəkar və beynəlxalq hüquq əsaslı bir bəyanatla çıxış edəcəyəm”, deyə sabiq baş prokuror bildirib.
O, həmçinin Tovmasyana qarşı ittiham irəli sürülmə ehtimalına da toxunub. Bildirib ki, Tovmasyanı təqsirləndirilən şəxs qismində cəlb etmək üçün Konstitusiya Məhkəməsinin qərarı lazımdır, amma burada onun daha sonra danışacağı bir nüans var.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ötən gün Ararat rayonunun Darakert kəndindəki Hrayr Tovmasyanın evinə gedərək, təxminən bir saat orada qalıblar. Daha sonra nə səbəbə gəldiklərini demədən evi tərk ediblər.
Konstitusiya Məhkəməsi başçısının atası Vardan Tovmasyan jurnalistlərə deyib ki, xidmət əməkdaşları əsasən evin inşası, xüsusən də damın dəyişdirilməsi ilə bağlı suallar veriblər. O, özünün və oğlunun iki qızının bu gün Milli Təhlükəsizlik Xidmətinə çağrıldığını söyləyib.
Tovmasyana qarşı hücumlar Paşinyanın sifarişi əsasında həyata keçirilir. Hakimiyyət nümayəndələri Tovmasyanın sabiq prezident Koçaryanın işi üzrə məhkəmə iclasında iştirakını qanunsuz hesab edirlər. Onlar bildirirlər ki, Konstitusiya Məhkəməsinin sədri ölkənin üçüncü prezidenti Serj Sarkisyanın partiyasının tərəfdarıdır və siyasi sifarişləri yerinə yetirir.
Oxunub: 412
Oxşar xəbərlər
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi
- Ermənistanda 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrində saxlanılır
- Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Ermənistanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb