"WhatsApp"a vergi tətbiq edildi - Etiraz aksiyaları başladı


12:03     18 Oktyabr 2019 vatsap.jpg

Livanın paytaxtı Beyrut höküməti tərəfindən “WhatsApp”a görə ayda 6 dollar vergi ödənişi tətbiq edilib.


Yenicag.az xəbər verir ki, bu əhalinin etirazına səbəb olub və kütləvi aksiyalar başlayıb.

Etirazçılar paytaxtın mərkəzi küçələrində hərəkəti iflic edib, bəzi yerlərdə isə çadırlar qururaq uzunmüddətli aksiyaya keçəcəklərini elan ediblər.

Ümumiyyətlə əhali hökumət tərəfindən aparılan vergi siyasətindən narazı olduğunu bəyan edir.

Qeyd edilib ki, Livanın rabitə naziri Məhəmməd Şükayr, baş nazir Saad əl-Həririnin tələbi ilə “WhatsApp” üçün vergi qanun layihəsinin Nazirlər Şurası tərəfindən təsdiqlənməyəcəyini açıqlayıb.

Açar sözlər:

Oxunub: 436


Oxşar xəbərlər