Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik etdi


12:04     18 Oktyabr 2019 19_10_18_1571386012.jpg


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 18 oktyabr - dövlət müstəqilliyi günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.


Femida.az-ın xəbərinə görə, bu barədə Ə. İmamoğlu “Twitter”də bildirib.

“Azərbaycanın dövlət müstəqilliyi gününü ürəkdən təbrik edirəm. Dost və qardaş xalqımıza neçə belə müstəqil və azad illər arzulayıram”, - deyə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vurğulayıb.



Femida.az

Açar sözlər:

Oxunub: 376