Metronun 9 aylıq gəliri 51 milyon manat olub


12:35     18 Oktyabr 2019 Bakı%20metrosu%20onlar%20üçün%20pulsuz%20olacaq.jpg


Cari ilin yanvar-sentyabr aylarında 169,7 milyon nəfər metrodan istifadə edib.


Dövlət Statistika Komitəsindən Femida.az-a bildirilib ki, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artıb.

Dövlət Proqramına görə 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Qeyd edək ki, müvafiq dövr ərzində Bakı metrosunda gediş haqqından 51 milyon manat gəlir götürülüb.

Femida.az

Açar sözlər: #metro  

Oxunub: 537