Bakı sakini avtomobili ilə birlikdə itkin düşdü


13:02     18 Oktyabr 2019 2019/10/795207_1571388017.jpg

Bakıda orta yaşlı oğlan avtomobili ilə birlikdə yoxa çıxıb.


Femida.az xəbər verir ki, Bakı sakini 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlu oktyabrın 14-dən itkin düşüb.

Yaxınlarının Trend-ə veridiyi məlumata görə, yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.

E.Həbibzadə qeyd olunan tarixdə səhər işə gedib. Daha sonra işdən çıxaraq naməlum istiqamətdə yoxa çıxıb. Onu görənlərdən 055-862-55-33 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 471