Gömrükdə pirotexniki vasitələr aşkar edilib
13:46 18 Oktyabr 2019
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Mondeo" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Avtomobilə gömrük baxışı zamanı minik maşınının arxa oturacağı ilə yük yerinin arasında gizlədilən 120 ədəd yaşıl rəngli "Roman Candle", 44 ədəd bənövşəyi rəngli "Roman Candle", 360 ədəd "Red Stars with Report", 108 ədəd "Magical Candle 60 Ball" və 36 ədəd "Thunder King" yazısı olan pirotexniki vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 361
Oxşar xəbərlər
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
- Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı
- Gömrükdə narkotik vasitə və psixotrop maddələr aşkarlandı - VİDEO
- Gömrükdəki vəzifəli şəxslərə birdəfəlik müavinət verilməsi qaydası dəyişir
- Gömrükdə külli miqdarda pirotexniki vasitələr saxlanıldı
- Gömrükdəki yeniliklərlə bağlı ən çox verilən sualların - Cavabları
- Gömrükdə külli miqdarda narkotik aşkarlandı
- Gömrükdə qaçaqmalçılığın qarşısı alındı