“Yol Polisinə dəstək” qrupları yaradılıb


13:53     18 Oktyabr 2019 2019/10/72843-1571388359_1571392491.jpg

Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişlərinə uyğun olaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycanda “Yol Polisinə dəstək” qruplarının yaradılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Azərbaycanda “Yol Polisinə dəstək” qruplarının yaradılması, ölkəmizdə təşəkkül tapmış könüllülər hərəkatının imkanlarının qiymətləndirilməsi, onların yol hərəkətinin təhlükəsizliyi ilə bağlı təbliğat-təşviqat xarakterli tədbirlərə cəlb edilməsi bu qəbildən olan tədbirlərdəndir.

Təkcə paytaxt ərazisində deyil, ölkənin ayrı-ayrı bölğələrini də əhatə edən bu tədbirlərdən daha biri DİN BDYPİ-nin bilavasitə dəstəyi ilə Salyan rayon könüllülərinin təqdimatında baş tutub. Bu dəfə təbliğatçı qismində DYP əməkdaşları deyil, könüllülər çıxış edib.

Tədbirdə çıxış edən DİN BDYPİ-nin əməkdaşı, polis polkovnik-leytenatı Mübariz Ağayev ölkəmizdə mövcud olan yol hərəkəti mədəniyyətinin daha da gücləndirilməsində vətəndaş cəmiyyətinin mühüm rol oynadığını, yol hərəkəti qayda pozuntularına qarşı mübarizədə ictimai qınaq və ictimai nəzarət mexanizmlərinin mühüm əhəmiyyət kəsb etdiyini, eləcə də, könüllülərin DYP ilə əməkdaşlıq istəyinin DİN tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

DİN BDYPİ tərəfindən yol hərəkəti təhlükəsizliyinin təbliğinə xidmət edən və qanuna uyğun şəkildə keçirilən istənilən formalı sosial layihələri, sözügedən Dövlət Proqramının uğurla həyata keçirilməsi məqsədilə atılan hər bir addımı dəstəklədiyini, bu sahədə birgə əməkdaşlığa hər zaman hazır olduğunu diqqətinə çatdıran Mübariz Ağayev, təmsil etdiyi qurum adından görüş iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirib, qarşılıqlı münasibətlərin inkişaf etdiriləcəyinə əminliyini ifadə etmiş və qazanılmış müsbət təcrübənin ölkəmizin digər bölgələrində yayılmasının təmin ediləcəyini vurğulayıb.

Görüşün sonunda, DİN BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenatı Rüfət Quliyev tərəfindən könüllülərə hədiyyələr təqdim olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 259