Karles Puçdemon polisə təslim olub


14:11     18 Oktyabr 2019 19_10_18_1571392941.jpg

İspaniyanın Kataloniya Muxtar Vilayəti hökumətinin sabiq başçısı Karles Puçdemon Belçikada polisə təslim olub.

Femida.az -ın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə K. Puçdemonun ofisi məlumat yayıb.

Bildirilib ki, K. Puçdemon vəkillərinin müşayiəti ilə Belçika hüquq-mühafizə orqanlarına könüllü şəkildə təslim olub. O, həbsi barədə verilmiş orderə və İspaniyaya göndərilməsinə etiraz edib.


Qeyd edək ki, İspaniya Ali Məhkəməsi Kataloniya Muxtar Vilayəti hökumətinin sabiq başçısı K. Puçdemonun həbsi üçün order verib.

2017-ci ildə Kataloniya parlamenti müstəqillik haqqında qətnamə qəbul edib. İspaniya hökuməti isə vilayət parlamentinin buraxıldığını elan edib. Vilayət hökumətinin başçısı K. Puçdemon vəzifədən kənarlaşdırılıb. Bundan sonra K. Puçdemon İspaniyadan Belçikaya qaçıb.

Açar sözlər:

Oxunub: 392


Oxşar xəbərlər