Ukraynada iki azərbaycanlı həbs edildi


14:35     18 Oktyabr 2019 hebs.jpg

Ukraynada sərhəddən qanunsuz keçməyə çalışan iki azərbaycanlı saxlanılıb.


Femida.az xəbər verir ki, bununla bağlı Ukrayna Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Hadisə zamanı 1988 və 1991-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşı Rusiya ərazisindən Valuysk şəhərində yerləşən sərhəd-keçid məntəqəsi vasitəsilə Ukraynaya daxil olmağa cəhd göstərib.

Araşdırma zamanı məlum olub ki, onların Ukraynaya girişi bundan əvvəl qadağan edilib.

Valuysk rayon məhkəməsinin qərarı ilə onların hər biri altı ay müddətinə azadlıqdan məhrum edilib.

Həbs müddəti başa çatdıqdan sonra onlar Ukraynadan deportasiya ediləcək.

Açar sözlər:

Oxunub: 165