Nəriman Nərimanovun Gürcüstandakı heykəli bərpa olunacaq
15:17 18 Oktyabr 2019
Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və həkim Nəriman Nərimanovun heykəli və onun adını daşıyan park bərpa olunacaq.
Bu barədə Report-a Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı bildirib.
Onun sözlərinə görə, rayonda olan bütün parkların bərpası nəzərdə tutulub: “Təmir-bərpa işləri zamanı parkların ərazisində yerləşən obyektlər də nəzərə alınacaq. Bu işlərin aparılması ilə bağlı müsabiqə keçiriləcək. Müsabiqəyə təqdim olunan layihələrin həyata keçirilməsi məqsədilə tender elan olunacaq. Marneulidəki bütün parkların bərpasının 2020-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılıb”.
Qeyd edək ki, ötən ay N.Nərimanovun Marneulidəki heykəli daha da qəzalı vəziyyətə düşüb. 1980-ci illərin əvvələrində ucaldılan abidənin postamentində yerləşən mərmər lövhələrin bir neçəsi yerindən qopub, fundamentində çatlar əmələ gəlib. Heykəlin yerləşdiyi parkın təmir-bərpa və abadlıq işlərinə böyük ehtiyacı var.
Femida.az
Oxunub: 366
Oxşar xəbərlər
- Nərimanovda yolu keçən 50 yaşlı qadını avtomobil vurub
- Nərimanov rayonunda daha bir küçəyə nəqliyyatın girişinə məhdudiyyət qoyulub
- Nərimanov rayonunda daha bir küçəyə nəqliyyatın girişinə məhdudiyyət qoyulub
- Nərimanov rayonunda gənc oğlan yol qəzasında xəsarət alıb
- Nərimanov rayonunda 1 küçədə hərəkət məhdudlaşdırılacaq
- Nərimanovda gənc qız yol qəzasında yaralandı
- Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
- Nərimanovda avtomobil evakuatorla toqquşdu
- Nərimanov rayonunun yol problemi həll edilir
- Nərimanovda avtomobil oğurlayan şəxslər saxlanıldı