Rusiyada iki azərbaycanlı həbs edildi


16:01     18 Oktyabr 2019 2019/10/795262_1571399731.jpg

Rusiyada sərhəddən qanunsuz keçməyə çalışan iki azərbaycanlı saxlanılıb.


Femida.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Hadisə zamanı 1988 və 1991-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşı Rusiya ərazisindən Valuysk şəhərində yerləşən sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəyə daxil olmağa cəhd göstərib.

Araşdırma zamanı məlum olub ki, onların Rusiyaya girişi bundan əvvəl qadağan edilib.

Valuysk rayon məhkəməsinin qərarı ilə onların hər biri altı ay müddətinə azadlıqdan məhrum edilib.

Həbs müddəti başa çatdıqdan sonra onlar Ukraynadan deportasiya ediləcək.

Açar sözlər:

Oxunub: 418