Bu il daha 50 modul tipli məktəb istifadəyə veriləcək


16:09     18 Oktyabr 2019 2019/10/795259_1571399880.jpg

2019-cu ildə 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulub.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, onlardan 20-si artıq quraşdırılıb, 30-nun isə tikinti-quraşdırılma işləri davam etdirilir.

2017-ci ildə 106, 2018-ci ildə isə 137 modul tipli məktəb istifadəyə verilib.

Modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ildən ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsinin tətbiqinə başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 348