Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb
16:20 18 Oktyabr 2019
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 414,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 7,4% artaraq 246,3 milyon manat təşkil edib.
Ötən 9 ay ərzində Azərbaycanda 18 175,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 5,7% çoxdur.
Bunun 1 290,6 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 9,3% azdır.
Bunun 16127,7 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 7,2% çoxdur.
Hesabat dövründə Azərbaycanda 85,8 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 2,7 dəfə çoxdur.
Yanvar-sentyabr aylarında ölkədə 34 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 7,3% çoxdur.
Femida.az
Oxunub: 636
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib