Gələn il Azərbaycanın dövlət büdcəsi 27 milyard manata yaxın olacaq


16:43     18 Oktyabr 2019 manat7.jpg

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat məbləğində proqnozlaşdırılır.


Femida.az bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.

Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 4,2% çoxdur.

Gələn il büdcə xərcləri isə 26 913,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 6,8% çoxdur.

Beləliklə, büdcə kəsri 2 779,2 milyon manat məbləğində gözlənilir ki, illik müqayisədə 37,4% azdır.

Açar sözlər:

Oxunub: 356