Məsciddə terror: 31 nəfər ölüb


17:59     18 Oktyabr 2019 2019/10/4b42c61d-61b9-42e5-97c6-1afad61bd1d8_1571403619.jpg

Əfqanıstanda məsciddə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.


Femida.az xəbər verir ki, bu barədə "Pajvak" agentliyi "Twitter" hesabından məlumat yayıb.

Məlumata görə, onlarla yaralı xəstəxanalara göndərilib.

Partlayış nəticəsində məscidin damının uçduğu bildirilir.

Hələlik bölgədə fəaliyyət göstərən qruplaşmalardan heç biri başverənlərə görə məsuliyyəti üzərinə götürməyib.

Açar sözlər:

Oxunub: 459