Orduya ayrılan vəsait 20%-dən çox artırılır


17:41     18 Oktyabr 2019 19_10_18_1571403671.jpg

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2020-ci ilin dövlət büdcəsi xərclərinin 21,6 faizi həcmində və ya 5826,7 milyon manat vəsait nəzərdə tutulub.


Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənəd layihəsində qeyd olunub.

Bu istiqamətə ayrılan vəsait 2019-cu ilə nisbətən 1070,7 milyon manat və ya 22,5 faiz çoxdur. Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 3853,6 milyon manatı və ya 66,1 faizi (2019-cu ilə nisbətən 666,0 milyon manat və ya 20,9 faiz çox) müdafiə va milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1973,1 milyon manat və ya 33,9 faiz (2019-cu ilə nisbətən 404,8 milyon manat və ya 25,8 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə yönəldiləcək. Kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyasının məbləğinin 2019-cu ildə orta hesabla 2,5 dəfə artırılması da nəzərə alınmaqla, bu məqsədlə 2020-ci ilin dövlət büdcasinda 67,8 milyon manat vəsait nəzarda tutulub.

Aztəminatlı əhaliyə dövlət hesabına hayata keçirilən hüquqi yardım üçün növbəti ilin dövlat büdcəsinda 5,5 milyon manat vəsait proqnozlaşdırılıb.

2020-ci ilin dövlət büdcəsinin müdafiə va milli təhlükəsizlik, məhkəma hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri bölmalarindan maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 320,1 milyon manat taşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisede 59,9 milyon manat və ya 23,0 faiz çoxdur.

Açar sözlər:

Oxunub: 228