Rinqdə dəhşətli an: Bir yumruqla nokauta saldı (VİDEO)


17:10     18 Oktyabr 2019 2019/10/rinqdee_1571404298.jpg

Amerikalı MMA döyüşçüsü Daniel Pineda “Professional Fighters League” (PFL) Qran-Prisində dörddəbir final zamanı rusiyalı Movlid Haybulayevi nokauta salıb.


Video təşkilatın “Instagram” hesabında yayımlanıb.

İlk turda Pineda Haybulayevə seriyalı zərbələr endirdikdən sonra rus döyüşçü döşəməyə uzanıb. Amerikalı döyüşçü rəqibini məğlub etməyə tələsib və 29-cu saniyədə hakim matçı dayandırıb.

Haybulayev üçün bu məğlubiyyət 13 qələbə və bir heç-heçə yarışın qeyd olunduğu karyerasında ilk olub. Pineda isə karyerası boyu 26 qələbə qazanıb və 13 məğlubiyyət yaşayıb.


Açar sözlər:

Oxunub: 1165