Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə pul ayrılıb
17:14 18 Oktyabr 2019
Prezident İlham Əliyev Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, sərəncamla Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 20 335 000 manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.
Femida.az
Oxunub: 403
Oxşar xəbərlər
- Şamaxıda yol qəzasında ər və arvad xəsarət alıb
- Şamaxıda keçmiş məhkumun daşla öldürülməsi ilə bağlı cinayət işi açılıb
- Şamaxıda keçmiş məhkum daşla vurularaq öldürülüb
- Şamaxıda canavarlar mal-qaraya hücum ediblər
- Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
- Şamaxıda qəbiristanlıqdan 3 000 manatlıq oğurluq olub
- Şamaxıdan gətirilərək sığınacağa yerləşdirilən uşaqların son durumu açıqlanıb
- Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb
- Şamaxıda qadını hədələyərək qızıllarını alan şəxs tutulub
- Şamaxıda satıcı sahibkarın 9 minini oğurladı - RƏSMİ