Məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılan xərclər 25,8 faiz artırılır


17:21     18 Oktyabr 2019 19_10_18_1571404908.jpg

Gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri üçün 1 milyard 973 milyon 100 min manat vəsait ayrılacaq.

Femida.az -ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 25,8 faiz, yaxud 404,8 milyon manat çoxdur. Bu il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 1 milyard 568 milyon 300 min manat proqnozlaşdırılıb.

Açar sözlər:

Oxunub: 199