39 şəhər və rayonu gələn il dövlət büdcəsindən dotasiya almayacaq


20:22     18 Oktyabr 2019 pul-saxta.jpg


2020-ci ildə Azərbaycanın 39 şəhər və rayonu xərclərini gəlirləri hesabına ödəyəcək.


Femida.az bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.

Sənədlərə əsasən, söhbət Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərindən, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarından gedir.

Gələn il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlərin 797 milyon manat olacağı gözlənilir ki, bu da bu ilin proqnozu ilə müqayisədə 58,8 milyon manat və yaxud 8% çoxdur.

Femida.az

Açar sözlər: #rayon  

Oxunub: 3907