Azərbaycan 2020-ci ildə Rusiyaya avtomobil ixrac edəcək
20:44 18 Oktyabr 2019
“Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı 2020-ci ilə reallaşa bilər”.
Femida.az xəbər verir ki, bunu Report-a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
O bildirib ki, hazırda “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı üçün sənədləşmə işləri davam etdirilir: “Yəqin ki, sənədləşmə işləri 4-5 ay ərzində tamamlanacaq".
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən, yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə - 2019-cu ilin sonunadək 6 min ədəd avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobil ixracı nəzərdə tutulur.
2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalı nəzərdə tutulur. “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda "Khazar", "Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunur.
Femida.az
Oxunub: 583
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Zəngilanın işğaldan azad olunmasının ildönümüdür
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
- Nigeriyada 162 nəfər Lassa qızdırmasından ölüb
- Sabunçuda yolların yenidən qurulmasına 7,5 milyon manat ayrılıb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb