Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb
20:54 18 Oktyabr 2019
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016-cı ildə aldığı Milan şəhərinin tarixi mərkəzində yerləşən, ümumi sahəsi 10 360 kvadrat metr təşkil edən “Palazzo Turati” A tipli ofis binasını 112 mln. avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satıb.
Femida.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
Palazzo Turati ofis binasının icarəçisi qismində İtaliyanın dövlət qurumu olan Milan Ticarət Palatası çıxış edir. 2016-cı ildən bəri ARDNF qeyd edilən daşınmaz əmlakdan, ümumilikdə, təqribən 26 mln. avro həcmində gəlir (qiymət artımından və icarədən əldə edilən gəlirlər) əldə edib ki, bu da illik 7,2% gəlirlilik deməkdir.
Binanın satışı ilə əlaqədar ARDNF-in İcraçı direktoru Şahmar Mövsümov bildirib ki, bu daşınmaz əmlakın satışı uğurlu hesab edilir: “Bu cür əməliyyat, yəni birbaşa daşınmaz əmlakın satışı ARDNF-in daşınmaz əmlak portfeli üçün ilkdir və portfel üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyat nəticəsində daşınmaz əmlak portfelində əlavə vəsait yaranır ki, bu da, öz növbəsində, daşınmaz əmlak fondları vasitəsilə portfelin daha da diversifikasiya edilməsinə, o cümlədən Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarına fokuslanmağa imkan yaradır”.
Qeyd edək ki, ARDNF "Palazzo Turati" ofis binasını 2016-cı ilin yanvar ayında 97 mln. avroya alıb.
Femida.az
Oxunub: 515
Oxşar xəbərlər
- Prezident ARDNF-in büdcəsinin icrası haqqında qanunu imzalayıb
- ARDNF bu il AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqladı
- ARDNF 645 milyon dollar satdı
- ARDNF AÇG və “Şahdəniz” yataqları üzrə 3,8 milyard manat gəlir əldə edib
- ARDNF 9 ayda valyuta satışını 19,4 % artırıb
- Neft Fondu iyulda 515,5 milyon dollar satıb
- Neft Fondu bu yataqlardan 2,2 milyard dollar gəlir götürüb - 5 ayda
- ARDNF aktivlərini 2 milyard dollara yaxın artırıb
- ARDNF-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- ARDNF AÇG və "Şahdəniz"dən nə qədər gəlir götürüb? - AÇIQLANDI