Rusiyada bəndin uçması nəticəsində 12 nəfər ölüb


09:28     19 Oktyabr 2019 19_10_19_1571462008.jpg

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 nəfərin taleyi isə məlum deyil.


Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qızıl mədəni yaxınlığında su anbarının bəndinin uçması ilə yaranmış dalğanın hündürlüyünün 4 m-dən çox olduğu bildirilib.


FHN-in axtarış və xilasetmə qrupu əraziyə cəlb edilib.

Açar sözlər:

Oxunub: 344