Borca görə baş kəsənlərə 35 il həbs - MƏHKƏMƏDƏN


18:18     18 Noyabr 2015 mehkeme45.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Rəhimov və Fuad Nurməmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən V. Rəhimov 18, Fuad Nurməmmədov 17 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum ediliblər.
Qeyd edək ki, qətl keçən il sentyabrın ayında Binəqədi rayonunda baş verib. Bakı şəhər sakini Vüsal Rəhimov Binəqədi RPİ 6-cı PB-yə müraciət edərək sentyabrın 17-də Qobu qəsəbəsində paytaxt sakini Fuad Nurməmmədova məxsus “AzSamand” markalı avtomobildə Lökbatan sakini Rahib Xəlfəyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etməsini, cəsədin isə F.Nurməmmədov tərəfindən Pirşağı qəsəbəsi ərazisində basdırılmasını bildirib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Rəhimov və F.Nurməmmədov tutulub. R.Xəlfəyevin meyiti isə ekskumasiya edilib.
V.Rəhimov ilkin ifadəsində, R.Xəlfəyevi maşında Qobu qəsəbəsinə gətirib və onların arasında mübahisə yarandığını deyib. V.Rəhimovun dediyinə görə, Xəlfəyevin ona borcu olub. Baş vermiş münaqişə nəticəsində Rəhimov Xəlfəyevin boğazını kəsib. Daha sonra isə meyiti Fuad Nurməmmədovla birlikdə Sabunçu rayonunun Pirşağı qəsəbəsinə apararaq basdırıb.
R.Xəlfəyev Qaradağ rayon sakini olub. Onun haqqında sentyabrın 19-dan itkin düşmüş kimi axtarış elan olunub.(lent.az)

Açar sözlər:

Oxunub: 1082