Axtarışda olan şəxs 2 il sonra saxlanılıb
10:12 19 Oktyabr 2019
Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Femida.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazisini tərk edərək İran İslam Respublikasına getməsı, barəsində cinayət işinin aparılması və 2017-ci ildən etibarən Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilob.
Bundan başqa, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycana gələn İİR vətəndaşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçirilərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan AR vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılıb.
Eyni zamanda Xaçmaz rayonu Yalama kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araşdırma zamanı sərhəd pozucusunun barəsində cinayət işinin aparılması və 2012-ci ildən etibarən Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.
Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 590
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
- DSX-yə yeni sözçü təyin edilib
- DSX: "Ermənistan hərbçisinin Azərbaycanın atəşkəsi pozması nəticəsində yaralanması yalandır"
- DSX-nin baş çavuşu intihar edib
- DSX: Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb
- Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
- DSX Akademiyasının kursantı onkoloji xəstəlikdən vəfat edib
- DSX ölkəyə 34 kiloqramdan artıq narkotik gətirilməsinin qarşısını alıb
- DSX məlumat yayıb