Bakıda meymun evdən qaçıb - Tapana mükafat veriləcək


10:20     19 Oktyabr 2019 19_10_19_1571466001.jpg


Bakının Binə qəsəbəsində yaşayan vətəndaşa məxsus meymun evdən qaçıb.

Bununla bağlı qəsəbənin müxtəlif yerlərində elan yerləşdirilib.

Elanda qeyd olunur ki, meymun oktyabrın 17-də saat 15:00 radələrində 117 nömrəli məktəbin yaxınlığında yoxa çıxıb. Bildirilir ki, meymun xəstədir və müalicə alır. Onu görənlərdən sahibinə xəbər vermələri xahiş olunur.

Meymunun sahibi Elmira xanım heyvanı tapana mükafat vəd edib. / azvision.az



Femida.az

Açar sözlər: #meymun  

Oxunub: 1141