Azərbaycanlı Ukraynada baş prokuror müavini təyin olundu


11:54     19 Oktyabr 2019 19_10_19_1571471670.jpg

Ukrayna Baş prokuroru Ruslan Ryaboşapka azərbaycanlı Gündüz Məmmədovu özünə müavin təyin edib.


Gündüz Məmmədov hüquq elmləri namizədidir.
Həmyerlimiz 1996-cı ildə Odessa şəhər, Primorski rayon prokurorunun köməkçisi, birinci müavin vəzifəsində çalışıb.
2012-2013-cü illərdə Kiyev vilayət prokurorluğu, daha sonra isə Dnepropetrovski ekologiya prokurorluğunda çalışıb.
2014-cü ilin iyulundan Odessa prokurorluğunda müxtəlif vəzifələrdə işləyib, 2015-ci ilin dekabrından isə Odessa prokurorunun müavini olub.
2016-cı ilin avqustundan isə Krım Muxtar Vilayətinin prokuroru işləyib.
Xatırladaq ki, G.Məmmədov 1974-cü ildə Gəncədə dünyaya göz açıb. Qardaşı Elçin Məmmədov isə “SOCAR Ukrayna”nın rəhbəridir.

Açar sözlər:

Oxunub: 261