UEFA “Qarabağ”ı cərimələdi - Erməni təxribatına görə AÇIQLAMA VERMƏDİ
12:17 19 Oktyabr 2019
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ” klubunu 7875 avro məbləğində cərimələyib.
Avropa futbol qurumunun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində İspaniya “Sevilya”sına Bakı 0:3 hesabı ilə uduzduğu matçda baş verənlərdir.
“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionun baş tutan qarşılaşmanın 62-ci dəqiqəsində Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun hesabı açmasından sonra yerli azarkeşlərin meydana kənar əşyalar atmasına görə ziyana düşüb.
Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi görüşdə törədilmiş erməni təxribatına gəldikdə, UEFA hələlik hər hansı açıqlamasının olmadığını bildirib. Bu matçda isə “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.
Femida.az
Oxunub: 877
Oxşar xəbərlər
- Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü
- Azərbaycan, Türkiyə və UEFA prezidentləri Türkiyə -Uels matçında - FOTO
- UEFA "Qarabağ"ın mətbuat katibi ilə bağlı qərarını verdi
- "Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
- UEFA Millətlər Liqasının oyununu ləğv edib
- "Qarabağ" UEFA-ya rəsmi müraciət ünvanladı
- UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri ilə bağlı qərarını açıqlayıb
- AVRO-2020 ilə əlaqədar turizm şirkətləri üçün seminar təşkil olunub
- UEFA Azərbaycan klublarının borcunu açıqladı: 20 milyon avro
- UEFA "Qarabağ"ın hesabına 260 min köçürüb