Abşeronda oğurluq edən azyaşlı tutulub


13:25     19 Oktyabr 2019 19_10_19_1571473568.jpg

Abşeronda oğurluq hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən (DİN) Femida.az-a verilən məlumata görə, oktyabrın 18-də Mehdiabad qəsəbəsi ərazisində qorunan mənzillərin birindən Abşeron Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin ünvana gəlib, evdən oğurluğa cəhd göstərən qəsəbə sakini olan azyaşlı saxlanılaraq Mehdiabad Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 194