Üç metro stansiyasının fəaliyyəti dayandırıldı - Mitinqə görə
12:40 19 Oktyabr 2019
Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar.
"Bakı Metropoliteni" QSC-dən Femida.az-a daxil olan məlumatda bildirilir edir ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək. Strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə, Bakı metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb.
Həmçinin, metropolitenin mühafizə zonalarında qanunsuz aksiya keçirilməsinə çağırışlar edən şəxslər, yaxud belə hüquqazidd aksiyaların təşkilatçıları haqqında qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlərin görülməsi barədə aidiyyatı hüquq mühafizə orqanlarına müraciət olunacaq.
Femida.az
Oxunub: 3666
Oxşar xəbərlər
- İrəvanda Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək mitinqi keçirilir
- İrəvanda mitinq keçirilib, saxlanılanlar var
- Hondurasda mitinq zamanı mer güllələnərək öldürülüb
- İrəvanda Köçəryanın Paşinyan əleyhinə mitinqi başlayıb
- Ermənistan müxalifəti tətil elan etdi - Bu gün kütləvi mitinq keçiriləcək
- Ermənistanda Paşinyanın istefası tələbi ilə mitinqlər keçirilib, saxlanılanlar var
- İrəvanda mitinq başlayıb
- Tramp seçki nəticələrinə etiraz etmək üçün mitinqlər keçirməyi planlaşdırır
- Antalyada Qarabağ mitinqi - Fotolar
- İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib