Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımalar kəskin azalıb


16:57     19 Oktyabr 2019 19_10_19_1571476836.jpg


Azərbaycanda 2019-cu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 4478,2 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,5% azalıb.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, ötən dövr daşınmış yüklərin 34,4%-ni neft yükləri təşkil edib.

Məlumata əsasən, dəniz limanları tərəfindən 6074,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5564,2 min tonunu və ya 91,6% tranzit yüklər təşkil edib.

“Bu ilin oktyabr ayının 1-nə limanlarda qalan yüklərin həcmi 176,7 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 30,6% artaraq 15,8 min nəfərə bərabər olub”, - məlumatda deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 576