Argentinalı futbolçu ağlayaraq həkimə ayağını kəssin deyə yalvarıb


15:33     19 Oktyabr 2019 19_10_19_1571477449.jpg

Argentina millisinin sabiq forvardı Qabriel Batistuta topuğundan əməliyyat olunub.


Offsideplus.az-ın məlumatına görə, əməliyyatdan sonra "Corriere della Sera”ya danışan veteran ulduz keçmişdə zədələr üzündən çəkdiyi əzabları da yada salıb:

"Altı-yeddi il tərəddüd edəndən sonra bu əməliyyata razılıq verdim. 40 gün şin daşımalıyam. Ümid edirəm ki, ağrılar məndən əl çəkəcək və normal adamlar kimi gəzə biləcəm.

Karyeramı bitirəndən sonra topuq sümüklərimin sınıq-sınıq olduğunu anladım. Bəzən adi hərəkətlər zamanı 86-87 kiloqram çəkinin vəziyyəti ağırlaşdırdığını da duyurdum. Sümüklərim ovxalanır, dəhşətli dərəcədə sızıldayırdı. 28 yaşında "yetər” deyən van Basten də eyni problemdən əziyyət çəkib.

Elə vaxt olub ki, ağrıdan səhərə qədər yatmamışam. Yataqdan qalxa bilmirdim. Ağladım, öz-özümə ”belə davam etməyəcək” dedim. Həkim dostumun yanına gedib ayağımı amputasiya etməsini xahiş etdim. Dözə bilmirdim. Ağlayır, yalvarır, ayağımı kəsməsini istəyirdim”.

Açar sözlər:

Oxunub: 520


Oxşar xəbərlər