Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var


17:14     19 Oktyabr 2019 19_10_19_1571491009.jpg


Müxalifətin özünü Milli Şura adlandıran radikal qrupu Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd edib.

"28 May" metrostansiyasına yaxın ərazilərdə toplaşan azsaylı radikalların mitinq planı baş tutmayıb. Ərazidə xidmət aparan polis əməkdaşları qanunsuz aksiyaya cəhdin qarşısını alıblar.

"Qanunsuz aksiyaya cəhd edən insanlar olub, onların qarşısı polis tərəfindən qətiyyətlə alınıb"

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı deyib.
"Saxlanılanlar var. Onlar təxribat törətmək məqsədilə ictimai asayişi pozmağa cəhd etdilər, qarşıları qətiyyətlə alındı", - deyə İdarə rəisi bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 3091