Şəkidə DƏHŞƏT: oğul anasını bıçaqlayıb


18:58     19 Oktyabr 2019 bicaq53.jpg

Şəkidə 44 yaşlı qadın oğlu tərəfindən bıçaqlanıb.

Bu gün günorta saatlarında Şəki şəhəri, M. F. Axundov küçəsində yaşayan 1975-ci il təvəllüdlü Pərvanə Rəcəb qızı Nəcəfzadə sol qoltuqaltı nahiyənin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlum olub ki, P. Nəcəfzadə yaşadığı ünvanda ailə münaqişəsi zəminində oğlu tərəfindən bıçaqlanıb. P. Nəcəfzadənin oğlunun əsəb pozuntusundan əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 514