Gəncədə inək 41 yaşlı kişiyə ağır xəsarət yetirib


21:14     19 Oktyabr 2019 xestexana_01254.jpg

Gəncə şəhərində inəyin vurduğu kişi ağır xəsarət alıb.


Hadisə şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Şəmsəddin Əliyevi iri buynuzu heyvan vurub. Nəticədə ağır xəsarət alan kişi yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(Report)

Femida.az

Açar sözlər:

Oxunub: 232