Binəqədi sakini yaşadığı mənzildə bıçaqlanıb


09:38     20 Oktyabr 2019 bicaq.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Raqif Ələkbərov yaşadığı mənzildə naməlum şəraitdə bıçaqlanıb. R.Ələkbərovu yaralı vəziyyətdə işdən evə qayıdan həyat yoldaşı aşkarlayıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun qarın boşluğunda, döş qəfəsində və bədəninin digər yerlərində bir neçə kəsilmiş-deşilmiş yaralar aşkarlanıb. R.Ələkbərov cərrahi əməliyyat olunub, onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisənin təfərrüatını araşdırır.

Femida.az

Açar sözlər:

Oxunub: 544