Sumqayıtda evdə 44 yaşlı kişinin meyiti tapılıb


10:31     20 Oktyabr 2019 meyit.jpg

Sumqayıt sakini yaşadığı evdə ölmüş vəziyyətdə aşkarlanıb.

Femida.az-ın məlumatına görə, hadisə şəhərin Ceyranbatan bağlarında qeydə alınıb.

Fərdi yaşayış evinə baxış zamanı orada meyit aşkar olunub. Həmin şəxsin 1975-ci il təvəllüdlü Adıgözəlov Elmar Xəlil oğlu olduğu müəyyən edilib. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 425