Astara sakini ağacdan yıxılaraq xəsarət alıb


14:02     20 Oktyabr 2019 binadan%20yixildi.PNG

Astara sakini qoz ağacından yıxılaraq xəsarət alıb.


Astara rayon Pəlikeş kənd sakini, 1988-ci il təvəllüdlü Mehman Mirzə oğlu Qasımov həyətində qoz yığarkən ağacdan yıxılıb.

Xəsarət alan M.Qasımov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin diaqnostik müayinələr zamanı onun kəllə-beyin travması, boyun fəqərələrinin zədələnməsi, hər iki qol və əl sümüklərində sınıqlarqeydə alınıb. Daxili orqanlarının zədələnib-zədələnmədiyini dəqiqləşdirmək üçün müayinə aparılır.

Xəstənin vəziyyəti ağır qiymətləndirilir.Report

Femida.az

Açar sözlər:

Oxunub: 432