Filippində 5,2 maqnitudalı zəlzələ olub


15:39     20 Oktyabr 2019 zelze%20444.jpg

Bu gün Filippinin Mindanao adasında 5,2 maqnitudalı zəlzələ olub.

Femida.az-ın məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 08.55 radələrində baş verən zəlzələnin ocağı Sultan-Kudrat əyalətindən 7,7 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 587