Hidayət Heydərov Çində üçüncü oldu


16:53     20 Oktyabr 2019 2019/10/hida_1571575611.jpg

Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü, cüdoçu Hidayət Heydərov Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarında bürünc medal qazanıb.

Femida.az xəbər verir ki, Azərbaycan idmançısı ilk turda serbiyalı Milos Simonoviçə, ikinci qarşılaşmada polşalı Damyan Şvarnovyekiyə, 3-cü görüşdə isə İsveçrə təmsilçisi Maykl Kistlerə ipponla qalib gəlib.

H.Heydərov 3-cü yer uğrunda görüşdə polşalı Blax Lukaz ilə qarşılaşıb. Cüdoçumuz rəqibini vazzari fəndi ilə məğlub edərək yarışı üçüncü yerdə başa vurub.

Femida.az

Açar sözlər:

Oxunub: 553