Erməni politoloq: “Əslində, Qarabağın təhvil verilməsi ilə bağlı plan hazırdır”


19:33     20 Oktyabr 2019 dagliq%20qarabag.JPG

“Fikrimcə, Məmmədyarov bildirirdi ki, sənəd hazırdır və detallar ətrafında razılığa gəlmək qalır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Ağasi Yenokyan Qarabağ məsələsinə toxunarkən bildirib.

Onun sözlərinə görə, Qarabağın təhvil verilməsi planı hazırdır və Paşinyan Konstitusiya Məhkəməsi sədri ətrafında yaranmış vəziyyətlə, həmçinin Ermənistan-Qarabağ (qondarma qurum-red.) əlaqələrinin gərginləşməsi ilə ona mane olan şəxslərin aradan götürülməsi üçün çalışır.

Yenokyan bildirib ki, bu gərginlik Qarabağın təhvil verilməsinə apara bilər.

“Nikol Paşinyan anti-korrupsiya çağırışları ilə gəldi, bəs bu müddət ərzində anti-korrupsiya ilə bağlı neçə qanun qəbul olunub? Köhnə korrupsiya formaları qalıb və yeni formalar meydana gəlib”,- deyə politoloq bildirib.

Analitik Narek Samsonyan isə qeyd edib ki, Qarabağla (qondarma qurum-red.) Ermənistan arasında əlaqələrinin gəginləşməsi əsasında ambisiyalar mövcuddur.

“Burada psixoloji hissə var, bizim ordudan qaçanlar hökumətinin rəhbəri olan, ordudan qaçmış insanla işimiz var”,- deyə o bildirib.

Samsonyanın sözlərinə görə, Paşinyan addım-addım Levon Ter-Petrosyanın yolu ilə, yəni istefa yolu ilə gedir.

“Əgər Nikol Paşinyan Qarabağ məsələsində buna getsə, bu, onun fiziki varlığının sonu ola bilər. Bu yaxınlarda nəşr olunmuş məqalə kimi Nikol Paşinyan “Haykakan Jamanak” ölkəsi yaradıb”, - deyə o bildirib.

Açar sözlər:

Oxunub: 516