Cəlilabadda velosipeddən yıxılan müəllim xəstəxanada ölüb


19:50     20 Oktyabr 2019 2019/10/5e0c6205-62f6-4ed2-86fb-4bc9075c0fba_1571576711.jpg

Cəlilabadda velosipeddən yıxılan şəxs xəstəxanada vəfat edib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bir neçə gün öncə Cəlilabad rayonunda baş verib.

Belə ki, rayon sakini,1988-ci il təvəllüdlü Alışanov Rəşid Vəliməmməd oğlu velosipeddən yıxılıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə paytaxt xəstəxanalarından birinə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Lakin R.Alışanov cərahi əməliyyat olunsada, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, R.Alışanov ingilis dili müəllimi işləyib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 594